Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. 14 iyul 1998-ci il tarixli 524-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidi tərkibindəki Dəmirçilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.

Toponimikası Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Dəmirçilər" adında Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidinin tərkibində bir başqa kənd də mövcuddur.

Coğrafiyası və iqlimi Kənd Gəncə–Qazax düzənliyində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.

İstinadlar

Kateqoriya:Qazax rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:1998-ci ildə ləğv olunan yaşayış məntəqələri