Suqovuşan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Kürkəndi kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Muğan düzündədir. Oykonim su və qovuşan (“qovuşmaq” felinin feli–sifət forması) sözlərindən əmələ gəlib, Araz çayının Kür çayı ilə qovuşduğu yerin adı ilə bağlıdır. Coğrafi ad kəndin fiziki–coğrafi mövqeyini əks etdirir. XVI əsrə aid mənbələrdə bu kəndin adı Qovuşan kimi qeyd olunmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Suqovuşan qurultayı

İstinadlar

Kateqoriya:Sabirabad rayonunun kəndləri