Qaracüzlü — Azərbaycan Respublikasının Qobustan rayonunun Qurbançı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsl adı Qaraqozludur. XIX əsrdə Qozlu çayının sahilində maldarlıqla məşğul olan 13 ailədən ibarət kiçik elin adıdır. Sonralar Qaraqozlu adı qoz sözünün dialektlərdə həm də cöüzlcövüz formasında tələffüzünə görə Qaracövüzlü/Qaracüzlü şəklinə düşmüşdür.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 215 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qobustan rayonunun kəndləri