Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun Züvüc kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Əhalisi Əhalisi 276 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lerik rayonunun kəndləri