Bala Həşimxanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bala Haşımxanlı kəndi Bala Həşimxanlı kəndi adlandırılmışdır.
Toponimikası Etnotoponimdir. "Kiçik Haşımxanlı kəndi" deməkdir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Haşımxanlı (indiki Böyük Haşımxanlı) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İqtisadiyyatı Əsasən kənd təsərrüfatına əsaslanır. Kənddə pambıq və heyvan yemi yonca, eyni zamanda Sabirabada xarakter olan bostan məhsulları becərilir.
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil SSRİ zamanından bir məktəb mövcud olmuşdur. 2009-cu ildə həmin məktəb sökülmüş və yerində müasir tələblərə cavab verən ikimərtəbəli, idman zalı, futbol və digər idman oyunlarının keçirilməsi üçün meydançası, qazanxana sistemi olan məktəb binası inşa edilib, istifadəyə verilmişdir.
Din Kənddə üç məscid mövcuddur. Əhalinin 99% Şiə məzhəbinə mənsubdur. Bir məscid Qafqaz Müsəlmanları İdarəsinə qeydiyyatlıdır.
Səhiyyə Kənddə bir ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərir. Aptek və digər tibb müəssisələri mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Sabirabad rayonunun kəndləri Kateqoriya:Moranlı (Sabirabad) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri