Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal–qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950–60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir. Kənddə həmçinin Rusiyadan köçürülmüş rus millətindən olan ailələr də yaşamışlar. XX əsrin sonunda onlar buradan köçüb getmişlər.
Bələdiyyə Kərimbəyli bələdiyyəsi (Salyan)
Əhalisi Kənd əhalisinin sayı 2618 (məlumat 2011-ci ilə aiddir) nəfərdir.
Təhsil Kərimbəyli məktəbinin Facebook səhifəsi.
Kərimbəyli məktəbi 2020-ci il
Din Kənddə "Həzrəti Əbəlfəz" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Görkəmli şəxsləri Azərbaycan Milli Elmlər Akademiyasının alimi, professor Zaman Əsgərli. https://modern.az/az/news/174980
İstinadlar
Kateqoriya:Salyan rayonunun kəndləri