Ərəbqardaşbəyli — Azərbaycan Respublikasının Neftçala rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Cənub–Şərqi Şirvan düzündədir. VIII əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından biri sonralar ərəbqardaşbəyli adlanmışdır. Əvvəlcə Şirvanda yaşamış ərəbqardaşbəylərin bir hissəsi XIX əsrin ortalarında bura gəlib məskunlaşmışlar."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Təhsil Kənddə Seymur Əvəzağa oğlu Süleymanov adına orta ümumtəhsil məktəbi yerləşir.
İstinadlar
Kateqoriya:Neftçala rayonunun kəndləri