Beştalı — Azərbaycan Respublikasının Neftçala rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kür çayının sol sahilində, düzənlikdədir. Tam adı Ərəb Beştalıdır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Kürün sağ sahilindəki Beştalı kəndindən köçüb gəlmiş ərəbbaloğlan tayfasının ərəbbeştalı qoluna məxsus ailələr tərəfindən salınmışdır. 1933-cu ildə Beştalı Salyan və Beştalı Şirvan variantlarında qeydə alınmışdır. Etnotoponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
İstinadlar
Kateqoriya:Neftçala rayonunun kəndləri