Alfred Lothar Vegener (1 noyabr 1880 Berlin, 1930 noyabr Qrenlandiya) — alman geoloq və meteoroloqu. Astronomiya, meteorologiya, geologiya sahələrində çalışmışdır. Materiklərin dreyfi nəzəriyyəsini irəli sürmüşdür. Vegener bu mövzu haqda ilk fikirlərini 1912-ci ildə söyləmişdir. "Qitə və okeanların mənşəyi" əsərini 1915-ci ildə çap etdirmişdir. Vegener bu əsərində bütün qitələrin əvvəllər Pangeya adı altında birləşdiyini, sonradan parçalanıb dağılaraq hazırkı yerini tutduğunu yazmışdır.

Həyatı Berlində doğulan Vegener 1904-cü ildə astronomiya sahəsində doktorluq dərəcəsi aldı. Bundan başqa geologiya, meteorologiya, klimatologiya sahələrilə maraqlandı. Hava səyahətlərini izləyə bilmək üçün hava şarlarının istifadəsinə rəhbərlik etdi. 1930-cu ildə Qrenlandiyaya tədqiqat məqsədi ilə getdiyi səyahət vaxtı öldü.

Həmçinin bax Materiklərin dreyfi

Xarici keçidlər Works by Alfred Wegener at Project Gutenberg Works by or about Alfred Wegener at Internet Archive Works by Alfred Wegener at LibriVox (public domain audiobooks) Speaker Icon.svg Wegener Institute website USGS biography of Wegener Wegener biography at Pangaea.org Alfred Wegener (1880-1930) - Biographical material Wegener's paper (1912) online and analyzed, BibNum (for English text go to "A télécharger")

Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Almaniya səyyahları Kateqoriya:Arktikanın tədqiqatçıları Kateqoriya:Hamburq Universitetinin müəllimləri