Qazanbatan (əvvəlki adı: Otradnoye) — Azərbaycan Respublikasının Saatlı rayonunun Qazanbatan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Otradnoye kəndi Qazanbatan kəndi adlandırılmışdır. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Qazanbatan kəndi Qara Nuru kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qazanbatan kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yaşayış məntəqəsini 1908-ci ildə Rusiyanın Otradnı şəhərindən köçürülmüş rus ailələri salmış, əvvəllər Otradninskoye, Otradnoye adlandırılmışdı. 1992-ci ildən kəndin adı Qazanbatan kimi rəsmiləşdirilmişdir. Oykonim Qazan (Hülakü xanı) və batanfbaten (qala, şəhər) komponentlərindən düzəlib, "Qazan şəhəri" mənasındadır.

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir.

Əhalisi Əhalisinin sayı 1072 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Saatlı rayonunun kəndləri