Həkəri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə.
Tarixi Göyən çölündə, Həkəri çayının Araza töküldüyü yerin yaxınlığındadır. Qəsəbə 1950-ci illərdə Həkəri dəmiryol stansiyası yanında salınmış və həmin stansiyanın adı ilə adlandırılmışdır.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Həmçinin bax Həkəri Dəmiryol Stansiyası
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun qəsəbələri Kateqoriya:1950-ci illərdə yarananlar