Pirveys — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.
Pirveysli kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsini dərzili tayfasının pirveysli tirəsinə mənsub ailələr onlara məxsus qışlaq yerində salmışlar. Kənd bu tirənin adını daşıyır. Ağdaş rayonunun Qaxay kəndində Veys baba adlı pir də mövcuddur.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri