Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun Düz Bilici kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir.

Əhalisi Kənddə 270 nəfər əhali yaşayır. Əhalisini tatlar təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şabran rayonunun kəndləri