Aşağı Bucaq — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi Aşağı Bucaq Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əlican çayının sahilindədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd Əlican çayının Bozdağ silsiləsi ilə bucaq əmələ gətirdiyi ərazidə yerləşdiyi üçün belə adlanır. Birinci komponent isə eyniadlı iki yaşayış məntəqəsini fərqləndirməyə xidmət edir. Bucaq, eyni zamanda monqolların (tatarların) noğay qəbiləsinə mənsub nəslin adıdır. Bölgədə bu nəslin adı və bağlı başqa obyekt adları da vardır: Bucaq (Mingəçevir), Qarabucaq (Kürdəmir),"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007. Bucaq (Oğuz), Qarabucaq (kənd, Kürdəmir).

Coğrafiyası və iqlimi Rayon mərkəzindən 18 km şimal şərqdə Yevlax—Şəki şose yolu kənarında, Əlican çayının sahilindədir.

İstinadlar

Kateqoriya:Yevlax rayonunun kəndləri Kateqoriya:Azərbaycanda monqol mənşəli yaşayış məntəqələri