Binabəy — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Binəbəy Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Kəndin adının "bəyə məxsus binə, yurd, məskən" mənasında olduğu ehtimal olunur. Bu baxımdan oykonim Bəylik (Saatlı) oykoniminin sinonimidir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.138
Etimologiyası Oykonimin tərkibindəki bina (binə) topoformantı yaşayış yeri və bəy sözlərinin birləşməsindən yaranmışdır (Bəybinə kəndi).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
İstinadlar
Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri