Kamlakan — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd.

Kamlakan Astara rayonunun Hamoşam inzibati ərazi vahidində kənd. Hamoşam çayı sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, oykonim Kamalakəon adının təhrif formasıdır. Kamal (ŞƏRQa.) və Talış dilindəki kəon (evlər) komponentlərindən düzəlmiş bu toponim "Kamala məxsus evlər" mənasındadır. Tədqiqatçılara görə, kəmləkan Talış dilində "böyürdə salınmış evlər, azlıqda qalan evlər" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.381

Etimologiyası Oykonim Kamal şəxs adı, "a" birləşdirici sait və talış dilindəki kəon "evlər" sözlərindən ibarətdir. Digər mənası tərkibindəki kəm "azlıqda qalan", "lə" birləşdirici sait, kan isə "kənd", "məskən yeri" mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Əhalisi Kənd əhalisinin əksəriyyətini talışlar təşkil edir.

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri