Qarababa — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 2013-cü ilə qədər mövcud olmuş kənd.

Tarixi Qarababa Naxçıvan çayının (Arazın qolu) sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kənd XIX əsrin əvvəllərində Hümbət bəy adlı şəxsə məxsus idi. Onun atası Qarababa bəy əvvəlcə rəiyyəti ilə birgə Qarabağda yaşamışdır. Qarabağ xanı ilə arası dəydikdən sonra Naxçıvan zonasında məskunlaşaraq yaşayış məntəqəsi salmışdir. Kənd həmin bəyin adı ilə adlanmışdır.

1809-cu il mayın ortalarında Abbas Mirzə Qovanlı-Qacarın başçılıq etdiyi Qacarlar Dövlətinin qoşunu ilə Rusiya imperiyası arasında baş verən döyüş məhz Qarababa kəndi ətrafında baş vermişdir.

Ləğv edilməsi 2013-cü il Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Qarababa kəndi ləğv edilərək Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:2013-cü ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:2013-cü ildə ləğv olunan yaşayış məntəqələri