thumb|right|250px|Vifiniya və Pont Roma imperiyasının tərkibində. E.ə. 125-ci il.

Vifiniya (Yunanca Bithinia (Βιθυνια), Bithinis (Βιθυνις)), Kiçik Asiyanın şimali-qərbində, şimalında Qaradəniz, cənubunda Frigiya, Qalatiya, qərbində Propontis, şərqində Paflagoniya və Qalatiya ilə hüdudlanmış, bugünkü Kocaeli, Sakarya, Biləcik, İznik, Düzcə, Yalova, Bolu, Kastamonu, Bursa, Bartın və Zonquldak illərinin yerləşdiyi coğrafi sahənin, antik çağ ve sonrasındaki adı olub Apollodorus, The Library 1. 9. 20; Apollonius Rhodius, Argonautica 2. 4, 2. 177, 2. 347, 2.619, 2. 788 miladdan öncə 2.000 ilin ortalarında Trakyadan köç edənHerodot 75 Bittni adlı etnos tərəfindən işgal edilmiş və miladdan əvvəl 2-ci yüzildə bir çarlığa dönüşmüşsə də, miladdan əvvəl 74 ildə Roma İmperiyasının əsarəti altına düşmüşdür Özhan Öztürk. Karadeniz,EK VI..

Coğrafiya

Qədim dövr və Roma İmperiyası dönəmində Propontis (Mərmərə dənizi)ni çevrələyən Nikomediya, Xalkedon, Cius və Apameya bir çox şəhərləri birləşdirən münbit torpaqlara sahib bir bölgədir. Strabon, Antik Anadolu coğrafyasını anlatdığı "Geografika" adlı əsərində Mithridates Eupatoru yenən Romalı sərkərdə Qney Pompeyin yıxdığı Pont çarlığının Qaradəniz ve Xalkedon ağzına qədər olan bölümlərini Vifiniya çarlığının idarəsi altına verdiyini Strabon, 14 bu bölgədə Vifin adlı bir xalqın yaşadığını bildirmişdir.Strabon, 15 Sahil bölgələrində olduqca münbit vadilərə sahib olan bölgə əsasən dağlıq və meşəlik sahələrlə örtülüdür. Ən önəmli dağ antik Miysiyada yer alan Bursa Uludağdır (Olympus) (2.543 m)

Tarix

Herodot Herodot, I, 28, Ksenofon, Strabon kimi antik çağ tarixçi və coğrafiyaçılarına görə vifiniyalılar köçəri bir Thrak millətdir. Herodot Herodot, VII. 75 Trakların Asiyaya keçdidtən sonra vifiniyalılar adını aldığını, öz dediklərinə görə qədimdən Strymon sahillərində oturduqları üçün Strymonialıar olaraq bilindiklərini vətənlərindən qovulunca başlarında Artabanin oğlu Bassak öndəriyində Kiçik Asiyaya yerləşdikləri bildirirlər.

İstinadlar

Strabon, Geographika (XII-XIII, XIV). Antik Anadolu Coğrafyası. Arkeoloji ve Sanat Yayınları. İstanbul, 2000 ISBN 975-7538-20-5 Herodot, Herodot Tarihi. Türkiye İş Bankası Kültür Yayınları. İstanbul, 2002 ISBN 975-458-314-5 Özhan Öztürk. Karadeniz: Ansiklopedik Sözlük. 2. Cilt. Heyamola Yayıncılık. İstanbul, 2005. ISBN 975-6121-00-9

Xarici keçidlər

Kateqoriya:E.ə. III əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Roma imperiyasının əyalətləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri