Abışabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Burovar silsiləsinin ətəyindədir. Oykonim Abış (şəxs adı) və abad topokomponentlərindən ibarətdir. Bu I şəxs adı ilə bağlı Masallı rayonunun Şıxlar kəndi ərazisində Abış təpəsi oronimi və Ağcabədi rayonunun Qaradolaq i.ə.v.-də Abışbəyli (1933) oykonimi məlumdur. Elmi ədəbiyyatların verdiyi məlumata görə, bu yaşayış məntəqəsi keçmişdə həmin ərazidə yaşayan aslar tayfasının üçüncü qolundan olan Abış bəyə mənsub ailələr tərəfindən XIX əsrdə salınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1025 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri