Şükürlü (əvvəlki adı: Bozayran) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati ərazi vahidinin tərkibindəki Bozayran kəndi Şükürlü kəndi adlandırılmışdır.
Toponimikası XIX əsrə aid mənbədə Bozayranlı formasında qeydə alınmışdır. Sovet hakimiyyəti illərində Böyük Bozayran və Balaca Bozayran kəndlərinə ayrılmışdı. Böyük Bozayran kəndi ləğv edildikdən sonra 1972-ci ildə Balaca Bozayran kəndi rəsmi olaraq Bozayran adlandırılmışdır. Etnotoponim olduğu güman edilir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd düzənlikdə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Cəlilabad rayonunun kəndləri