Ağaşirinoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Çinartala kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Ağaşirinoba kəndi Qusar çayının sahilində, Samur–Dəvəçi ovalığındadır. XIX əsrin ortalarında Qrız kəndinə məxsus qışlaq yerində salınmışdır. Oykonim Ağaşirin (Şəxs adı) və oba (el, birlik, nəsil) sözlərindən düzəlib, "Ağaşirinə məxsus el, nəsil" deməkdir.
İstinadlar
Kateqoriya:Xaçmaz rayonunun kəndləri