Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır.

Toponimikası 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Kürdəmir rayonunun kəndləri