Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Ərəb Qubalı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Çöl Qubalı oyk. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri