Qurdbayram — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Qurdbayram kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarabucaq qəsəbəsi mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Kəndin adı Qurd ləqəbli Bayram adlı şəxsin adı ilə əlaqədardır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Kürdəmir rayonunun kəndləri