Bostançı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 147.. Bostançı bələdiyyəsinin mərkəzidir.

Coğrafiyası Kənd Samur-Dəvəçi ovalığındadır.

Oykonimi Oykonimi etnotoponim hesab edən tədqiqatçıların fikrincə, toponim bostan (qırğızlarda və özbəklərdə boston) tayfa adından və -"çı" mənsubiyyət şəkilçisindən düzəlib. Bostançı oykoniminin bu kənddə yaşayan əhalinin qədim məşğuliyyəti (tərəvəz yetişdirmə) ilə də bağlı olması da ehtimal olunur.Kəndin adı bəzi mənbələrdə Osmanlı imperiyasını idarə edən sultanların saray işlərini idarə edən bostançıbaşı ailəsinin Azərbaycana köçməsi ilə əlaqələndirilir.

Ermənistanda da Bostançı Xaraba, Gürcüstanda Bostançı, Özbəkistanda Bostanlık, Bustan, Tacikistanda Bustankala toponimləri qeydə alınmışdır.

İnfrastruktur Kənddə tam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu vardır. Kəndin mərkəzində məscid yerləşir.

İstinadlar

Kateqoriya:Xaçmaz rayonunun kəndləri