Hacıisaoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qımılqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Hacıisaoba kəndi Samur–Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba rayonunun Qrız kəndindən köçmüş ailələrin keçmişdə Hacı İsa adlı bir Şəxsə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Hacı İsaya məxsus oba" mənasındadır.
İstinadlar
Kateqoriya:Xaçmaz rayonunun kəndləri