İrina Jukova () — Ukraynalı karyerasını başa vurmuş voleybolçu.
Həyatı 1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001–2003), "Foppapedretti" (2003–2005), "Kruq Çerkası" (2006–2007) və "Zariçye-Odinçeva" (2007–2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur.
2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb.
Xüsusiyyətləri Boy : 179 sm
Çəki : 69 kq
Mövqe: Oyun qurucusu
Nömrə: 17
Oynadığı klublar Zareçye Odintsovo (Rusiya) Berqamo (İtaliya) Volley Modena (İtaliya) Reqqio Kalabria (İtaliya) Kruq Çerkazi (Ukrayna)
Nailiyyətləri Azərbaycan Çempionu (Rabitə Bakı) 2011–2012 Azərbaycan Çempionu (Rabitə Bakı) 2010–2011 Çempionlar Liqası gümüş medalı 2010–2011 Çempionlar Liqası qızıl medalları 2000–2001, 2004–2005 İtaliya Kuboku 2 dəfə İtaliya Superkuboku Çempionlar Liqasının ən yaxşı oyun qurucusu 2004–2005 İtaliya Çempionu Rusiya Çempionu CEV Kuboku 2003–2004
İstinadlar
Kateqoriya:Ukrayna voleybolçuları Kateqoriya:Rabitə Bakı VK voleybolçuları