Napoleon Bonapart (, ; ) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun Generalı, Fransa Respublikasının birinci prezidenti (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809).
Ümumi xülasə Napoleon Bonapart 15 avqust 1769-cu ildə Ayyaçoda anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun ikinci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir. Həmin ildə artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.
1796-cı il 9 martda Napoleon Bonapart Jozefina de Boqarne ilə ailə həyatı qurur. O, 1799-cu ilin noyabr ayında dövlət çevrilişi edərək birinci konsul olur və bütün hakimiyyəti öz əlində cəmləyib ölkədə diktatura rejimi yaradır. 1800-cü ildə Fransa bankının əsasını qoyur, 1804-cü ildə "Mülki məcəllə" islahatını həyata keçirir. 1804-cü il may ayının 18-i isə Napoleon özünü imperator elan edir.
Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Polşa üzərindəki parlaq qələbələri Fransanı Avropa qitəsinin demək olar ki, hegemon dövlətinə çevirir. Lakin dəniz rəqabətində Böyük Britaniyaya uduzması, 1812-ci ildə Rusiyaya məğlub olması onun qurduğu Fransa imperiyasının süqutunu tezləşdirir.
Fransa əleyhinə müttəfiqlər Parisdə Napoleonu taxtdan əl çəkməyə məcbur edir və Elbaya sürgünə yollayırlar. Lakin Napoleon öz xarizmasının gücü hesabına 1815-ci ildə yenidən hakimiyyətə qayıdır. 1815-ci il iyunun 22-də baş verən Vaterlo döyüşündə məğlub olduqdan sonra o ikinci dəfə hakimiyyətdən əl çəkməli olur.
Fransa İnqilabi Ordusunun generalı Fransa Respublikasının I konsulu (1799) Fransa İmperatoru (18 may 1804 – 11 aprel 1814) İtaliya kralı (1805) Reyn İttifaqının protektoru (1806)
Həyatı
Kimliyi, uşaqlığı və gəncliyi thumb|right|Napoleon Bonapart 200 px|thumb|right|Napoleonun anası Letizia Bonapart(yağlı boya, Robert Lefevre 1813-cü il) Napoleon Bonapart (Korsika şivəsincə Nabulione) hələ Genuaya qarşı müstəqilliyi uğrunda mübarizə aparmış və nəticədə 1768-ci ildə Fransa tərəfindən satın alınmış Korsika adasında, Ayaççoda 15 avqust 1769-cu ildə anadan olmuşdur. O, Karlo Bonapartın və Letizia Ramolinonun ikinci oğlu olaraq dünyaya gəlmişdir. Ailədə 13, sonradan tələf olanları çıxmaqla 8 (5 oğlan və 3 qız) uşaq olmuşlar. Ailəsi XVI əsrdən etibarən adaya köç etmiş xırda aristokratlardan olmuşdur.
Əslən İtaliyanın Toskana əyalətindən olan atası Karlo Bonapart yerli mülkədarlardan həm də müstəqillik uğrunda mübarizənin rəhbəri Paskal Paolinin katibi olmuşdur. XV Lüdovik tərəfindən ada satın alındıqdan sonra fransız qoşunları korsikalı qiyamçıları darmadağın edir və Paoli İngiltərəyə qaçır. Napoleon məhz bu hadisədən üç ay sonra dünyaya gəlmiş olur. Məhz bu hadisələrin təsirindən Paoli 1790-cı ilə qədər Napoleonun idealı olmuşdur. Hüquqşünas təhsilli atası müstəqillik dövründə Korsika konstitusiyasının yaradıcısı olsa da sonralar Fransa tabeliyi ilə barışmalı olur. Karlo Bonapartın Fransaya qarşı loyallığı nəzərə alınaraq 1771-ci ildə Ayeççonun aksessoru vəzifəsinə təyin edilir və eyni zamanda Parisdəki Korsika parlamentinə zadəganların nümayəndəsi seçilir.
Napoleon Bonapart əvvəlcə Ayaçço şəhər məktəbinə gedir. Daha sonra o, bacı-qardaşları ilə birlikdən bir abbatın yanında riyaziyyat və yazı yazmaq dərsləri alırlar. Napoleon çalışqanlığı ilə seçilirdi. Zəngin kitabxananın olması və şəxsən Karlo Bonapartın səyləri nəticəsində böyük qardaşlar erkən olaraq tarixlə, ədəbiyyatla və hüquqla maraqlanmağa başlamışlar.Volker Ullrich: Napoleon. Reinbek bei Hamburg, 2004, S. 12–15, August Fournier: Napoleon der I. Eine Biographie. 4. Aufl. Wien/Leipzig, 1922 S. 1–6. 200 px|left|thumb|Karlo Bonapart (Anna Luis Qirodet-Triosona məxsus rəsm, 1806) Korsikanın fransız qubernatoru Luis Çarlez Qraf de Marboyf ilə əməkdaşlıq edən Karlo Bonapart oğlanları Napoleon və Yozef üçün təqaüdə nail olur. Böyük oğlu keşiş kiçik oğlu isə orduda xidmətlə öz karyerasına başlamağa hazırlaşırlar. 1778-ci ildə adanı tərk edərək hər iki qardaş fransız dilini öyrənmək üçün Autun kollecinə gedirlər. Növbəti il Napoleon Brienne kadet məktəbinə daxil olur. Məktəbdə yeganə korsikalı olan Napoleonun dərslərindəki uğurlar müxtəlif idi. Belə ki, hesabdan fərqlənə bilsə də latın dilindən zəif olduğundan heç imtahan edilməyə məsləhət görülmür. Fransız dilində yazıdan geri qalsa da çoxlu mütaliə nəticəsində nitqini xeyli yaxşılaşdırmağa nail olmuşdur. Tarixi qəhrəmanların həyatına: Yuli Sezar və Makedoniyalı İsgəndərə böyük maraq göstərir.
İmtahanlardan sonra dənizçi kimi xidmətə layiq görülsə də anasının təkidi ilə imtina edərək öz riyazi bacarığını artilleriyada sınamağı qərara alır və Parisin ən prestij hərbi məktəbinə () daxil olur. Burada o, attilleriyanın sirlərinə: hidrostatikaya, differansal və inteqral hesablamalara eyni zamanda dövlət hüququ və istehkam fənnlərinə yiyələnir.
24 fevral 1785-ci ildə atası mədə xərçəngindən vəfat edir. Napoleon ailə başçısı vəzifəsini öz boynuna götürür və eyni zamanda böyük qardaşı Yozeflə də hesablaşır. Elə həmin ildə, 16 yaşında o təhsilini vaxtından tez başa vuraraq, səriştəsinə görə zabit rütbəsinə layiq görülür. Valensadakı La Fère bölüyünə daxil olaraq 1788-ci ilin iyun ayından leytenant rütbəsilə xidmət göstərir. Anasına kömək məqsədilə 11 yaşlı kiçik qardaşı Luisi yanına gətirib tərbiyəsilə özü məşğul olur.
Asudə vaxtlarını ədəbiyyata və yazıçılığa sərf edir. Mütaliəyə çox vaxt ayıraraq romandan, dərsliklərdən, antik tarixi səlnamələrdən, Platondan tutmuş müasirlərinə qədər olan çoxlu əsərlər oxumuşdur.Yohan Volfqanq Höteni dəfələrlə oxuyarmış. Sonralar siyasətə maraq göstərərək Jan Jak Russonu özünə ideal seçir. Böyük Britaniyanın konstitusiya-monarxiya quruluşu ilə ciddi maraqlanır. Daha sonralar fransız tarixçisi və sosioloqu Reynal Qiyom Tomas Fransua diqqətini çox çəkmişdir.Herre, S. 12–18, Ullrich, S. 16–22.
İnqilabi fəaliyyəti Napoleon 1789-cu ildə baş vermiş Fransa inqilabını açıq-aşkar dəstəkləyir və öz bölüyü ilə birlikdə sədaqət andı içməyə məcbur olur. Korsikanın azadlığı üçün yeni bir şans yaranır. Sentyabr ayında ordudan məzuniyyət götürərək Korsikaya qayıdır və qardaşı Yozef ilə aktiv siyasi fəaliyyətə başlayır.
1791-ci ildə öz bolüyünə döndükdən sonra ona baş leytenant rütbəsi verilir. XVI Lüdoviq qaçdıqdan sonra özünü respublikaçı elan edərək yerli Yakobin klubuna daxil olur. Lion akademiyasında respublikaçı şüarlarla çıxışlar edir. 1791-ci ildə öz truppası ilə qısa bir müddətə Korsikada qalır. Korsika milli qvardiyasına daxil olaraq Paoliyə qarşı çıxır. Qanlı qarşıdurmadan sonra truppasını adanın içərilərinə çəkərək özü Fransaya dönür.
Korsikadan daxil olan şikayətlər əsasında, Napoleon bu hərəkətinə görə 1792-ci ildə ordudan xaric edilir. lakin zabit çatışmazlığına görə təzədən orduya kapitan rütbəsi ilə geri qaytarılır. Təzədən Korsikaya qayıdaraq Sardiniyaya qarşı hərbi aksiyaya qoşulur. Beləliklə Napoleon Fransa inqilabına sadiq qalaraq Korsikanın müstəqilliyinin və uşaqlıq idealı Paolinin əleyhinə çıxır. Bu isə ailəsinin Fransaya mühacirət etməsi və onun Korsika ambisiyasının sonu demək idi.Ullrich, S. 23–29; Herre, S. 21–32. 240 px|thumb|right|Jozefina Boharne(rəsm François Gerard) Korsikadan qaçaraq Fransanın cənubunda yerləşmiş bölüyünə qayıdır. Bu zaman hakimiyyətə Yakobin diktaturası gəlmiş olur. Hələ bir il öncə Yakobin klubundan ayrılan Napoleon 1793-cü ildə siyasi baxışını əks etdirən broşür çap etdirir.
Napoleon Böyük Britaniya donanmasının dəstəyinə arxalanan bəzi inqilabçıların və royalistlərin (monarxistlərin) yerləşmiş olduğu Tulon şəhərinin artilleriya komendantı təyin edilir. 25 noyabr 1793-cü ildə Napoleon hazırladığı şəhərə hücum planı haqqında komandan general Duqommirə məlumat verir və 19 dekabrda Tulona hücuma keçir. Bu müvvəffəqiyyət həqiqətdə də Napoleonun yüksəlişinin başlanğıcı olur. 22 dekabrda ona təşəkkür elan edilərək 24 yaşında briqada generalı rütbəsi verilir. Niçdə qərargahı yerləşən İtaliya ordusunun artilleriya komandanlığı ona tapşırılır. Lakin Yakobin hakimiyyəti devrildikdən sonra Robespyer partiyasının tərəfdaşı olduğuna görə həbslərə məruz qalır. Onun hərbi karyerası siyasi çevrilişlərin qurbanına çevrilir.
Bütün bunlardan sonra Napoleon ailəsi ilə Marseldə yaşamalı olur. Qardaşı Yozef Juli Kların xeyrinə təbliğat işinə qatılır. Napoleon isə Kların bacısı Deziri Klara vurulur. Sonralar Deziri İsveç kralı XIV Karl Johanna (Jan Batista Bernaddot) ərə gedir. Karyerasını xilas etmək məqsədilə Parisə gəlir. Özünü Termidorian kimi qələmə verərək sağçıların qiyamı zamanı daxili qoşunların baş komandanı təyin olunmuş, hərbidən heç də başı çıxmayan Barras Poula onun təkidi ilə xidmət göstərir. 5 oktyabr 1795-ci ildə qiyamçılar artilleriyanın gücü hesabına yatırılır və nəticədə Napoleon diviziya generalı az sonra isə daxili qoşunların baş komandanı təyin edilir. Bu zamanlar o, Barras Poulun vasitəsilə əri Aleksandr Boharnenin qətlindən sonra dul qalmış Jozefina Boharne ilə tanış olur. Napoleon Joyefinaya vurulur və Deziri ilə əlaqənı kəsərək 9 mart 1796-cı ildə onunla evlənir.
Hər ikisi bu nikahdan faydalanmağa çalışırdı. Belə ki, Napoleondan yaşca böyük olan Jozefina öz bahalı həyat tərzini Napoleonun hesabına maliyələşdirmək, Napoleon isə onun vasitəsilə Barras Poulla möhkəm əlaqə yaratmaq və həm də Paris cəmiyyətinə yol tapmaq fürsəti əldə etmiş olur.Ullrich, S. 29–35. Evlənməsindən iki gün sonra Napoleon Nitsaya gələrək İtaliya ordusunun komandanlığını təhvil alır.
Ona tabe olan generallar Pyer Fransoys Çarlz Auqeray və Andre Massena bu təyinata müəmmalı baxırlar. Lakin sonradan Napoleon çıxışları və əməli işi ilə özünə hörmət qazandırır. İtalyan ordusu düşgün, pis silahlanmış və aylarla məvacib almayan 40000 nəfərdən ibarət idi. Napoleon orduya səslənərək: "Mən sizi dünyanın bərəkətli düzənliklərinə aparmaq istəyirəm, əlinizə böyük şəhərlər düşəcək; orada siz cənablar şöhrətə və dövlətə çatacaqsınız."zit. nach Ullrich, S. 36.
Ordunun ruhunu və həm də öz təbliğatını aparmaq üçün Courier de l’Armée d’Italie adlı ordu qəzeti təsis edir. Napoleonun kredosu belə səslənir: "müharibə sistemi qalanı çökdürmək kimi bir şeydir. Atəşi məqsədyönlü elə eyni nöqtəyə tuşlamaq lazımdır. Elə ki müqaviməti pozuldu özü dağılacaqdır."zit. nach Herre, S. 48.
Misir ekspedisiyası thumb|Napoleon Bonapart Sfinksin qarşısında (1868-ci ildə Jean-Léon Gérôme tərəfindən çəkilib.) thumb|right|250px|Napoleon Bonapartın Elba adasına sürgün edilməsinin təsvir olunduğu müasir qəhramanını səfəri adlı rəsm. Rəsmdə Napoleon Bonapart bir əlində qırılmış qılınc digər əlində isə uzunqulağın quyruğunu tutarkən təsvir olunmuşdur. Arxa fonda görünən musiqiçilər isə Napoleonu müşayiət edirlər.