Koni Anatoli Fyodoroviç (1844–1927) — məşhur rus hüquqşünası, ictimai xadim və ədəbiyyatçı, həqiqi məxfi müşavir.

Həyatı 1865-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə islahatları keçirilən zaman Sankt-Peterburq məhkəmə palatasına katib köməkçisi vəzifəsinə keçmişdir, 1867-ci ildə Moskva məhkəmə palatasının Rovin dairə məhkəməsinin prokurorun katibi olmuş, həmin ildə Sum dairə məhkəməsinin prokurorun yoldaşı (tovariş) sonra da Xarkov dairə məhkəməsində çalışmışdır. 1870-ci ildə Kazan dairə məhkəməsinin prokuroru olmuşdur. 1875-ci ildə Ədliyyə Nazirliyi departamentinin vise-direktoru, 1877-ci ildə Sankt-Peterburqun dairə məhkəməsinin sədri, 1891-ci ildə cinayət-kassasiya senat departamentinin senatoru.

Koni görkəmli məhkəmə natiqi olmuşdur. Dövlət şurasının üzvü. Peterburq EA-nın fəxri üzvü. 1878-ci ildə Vera Zasuliç işində Koni (məhkəmə sədri) bəraət hökmü çıxartmışdır. Oçerk və xatrələr "Həyat yolunda".

ədəbiyyat Балышев М.А., Шандула А.О. Анатолий Федорович Кони и харьковчане (2007). UNIVERSITATES. Наука и Просвещение. 2007. №3. С. 26–36.

Kateqoriya:Rusiya hüquqşünasları Kateqoriya:SSRİ hüquqşünasları Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri