Kökayaqlılar() protozoylar aləminə daxil olan tip. Bu tipə aid olan heyvanlar yalançı ayaqların köməyi ilə hərəkət edir, həm də qidasını yaxalayır.

Əksər kökayaqlıların bədəni çanaq və ya skeletə malikdir. 4 dəstəyə bölünür: amöb, heliozoylar, foraminiferlər, şüalılar.

Kökayaqlılar əsasən sahildən tutmuş ən dərin yerlərə qədər sularda yaşayırlar. Xəzər dənizində 16 növ foraminifer, 3 növ heliozoy və 10 növ amyöb yaşayır. Foraminiferlər (Foraminiferida). İbtidai heyvanlara daxil olub, bədəni çanağın daxilində yerləşir.

Azərbaycanın şirin sularında yaşayan 14 növ amyöb məlumdur.

Kateqoriya:Sarkomastiqoforlar