thumb|262px| İmam Mehdinin adı, Məscidül-Nəbidə yazılmış İslam kalliqrafiyası Mehdi"əl-Füsulül-Mühimmə", səh. 310, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar.

Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs.

Sünnilikdə

Şiəlikdə

Keysanilikdə

İsmaililikdə

Qərmətilikdə

Dəruzilikdə

On iki imam şiəliyində

Əhmədiyyədə

Babilikdə

Bəhailikdə

Mehdini inkar edən İbn Xəldun Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir:

"Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq…

Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tədildənCərh və tə’dil hədis elminin terminlərindəndir. irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri söyləmiş ravilərin bəzilərində unutqanlıq, əqidə çatışmazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər etibardan düşür…"İbn Xəldun, "Əl-Müqəddimə," səh. 311–312.

Sonra o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş ravilərin avtobioqrafiyasını araşdıraraq bəzilərini etibar oluna bilməyən hesab etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki, onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir.""Əl-Müqəddimə," səh. 322. Bu, İbn Xəldunun Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi. Hədis elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər."Ədalət carçısı", səh. 30–49 İndi nümunə üçün Mədinə Universitetinin ustadı Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu oxucuların nəzərinə çatdırırıq. O, "Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi" mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir: a) Əgər Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı "Əl-Müqəddimə" kitabında Məhdiyə ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O, hədisçilərin hədis elmində "cərh tədildən üstündür" demələrindən məqsədin nə olduğunu heç anlamamışdır. b) İbn Xəldun "Əl-Müqəddimə"də Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə etiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən mütləq, bir nəfər zühur edəcək… Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasına etiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu, araşdırılası, əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir. Kiminsə onu Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir. v) İbn Xəldun bu hədisləri araşdırıb öz etirazını bildirməzdən qabaq deyir: "İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik.""Əl-Müqəddimə," səh.311. Hədisləri qeyd etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun dünyanın sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər." Başqa bir yerdə isə deyir: "Hədisçilərin Məhdi (əleyhissəlam) haqqında rəvayət etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik.""Əl-Müqəddimə," səh.327. Halbuki, o, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin "Əl-Ürfül-virdi fi-əxbaril Məhdi" kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin "Əl-Minarül-münəyyif" adlı kitabında mötəbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır. q) İbn Xəldun bu hədislərin bəzisini qeyd etmiş, onların bəzilərinin sənədini ravilərinə görə etibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar. d) İbn Xəldun özü etiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mötəbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir.1388 hicri, № 3, "Camiətül-İslamiyyə" jurnalı, Mədinə.

Haqqında nəql olunan kəlamlar İmam Mehdi haqqında hədis rəvayət edənlər.

Səhabələr

Əli Hüseyn Abdullah ibn Abbas Abdullah ibn Ömər Təlhə ibn Ubeydullah Abdullah ibn Məsud Əbu Hüreyrə Ənəs ibn Malik Əbu Səid Xudri Əli Hilali Abdullah ibn Haris Səid ibn Müsəyyəb

İmamlar Əli – 51 hədis; Həsən – 5 hədis; Hüseyn – 14 hədis; Zeynül-abidin – 11 hədis; Baqir – 63 hədis; Sadiq – 124 hədis; Museyi-Kazim – 6 hədis; Rza – 19 hədis; Cavad – 6 hədis; Əliyyən-Nəqi – 6 hədis; Əskəri – 22 hədis.

Alimlər

Buxari Şeyx Kuleyni Müslim ibn Həccac Şeyx Səduq Şeyx Müfid Şeyx Tusi Əbu Davud İbni Macə Tirmizi Təbərani Bəzzar Hakim Əbu Yəla

Şiəlikdə Cəfərilik məzhəbinin alimi Şeyx Kuleyni özünün "əl-Kafi" kitabında İmam Mehdi haqqında yazır :

… Əhməd ibn Məhəmməd ibn Abdullah belə rəvayət etmişdir : Zübeyrinin (Allahın lənəti onun üstünə olsun) öldürüldüyü vaxt Əbu Məhəmməddən (Həsən İbn Əli əleyhissalam) mənə belə bir xəbər gəldi : "Allahın dostlarına zülm edərək, Allaha qarşı iftira atanların cəzası budur. O, məni öldürəcəyini və nəslimi kəsəcəyini iddia edirdi. İndi Allahın qüdrətinin necə olduğunu gördünmü ?" İki yüz əlli altıncı ildə İmamın bir oğlu oldu və adını "Mim. Ha. Mim. Dal" qoydu."El Kafi", cilt 1 : "Uslul-u Kafi", kitab 4 : "Huccet", bab 126 : "Sahib-uz Zaman (Mehdi aleyhisselam)ın hayatı", hadis 1-(1350) .

İmam Baqir (ə): "Qaim qiyam edəndə hər bir kinli düşmənə imanı təqdim edəcək. Əgər (həmin düşmən) səmimi qəlbdən iman gətirməsə boynu vurulacaq və ya bugünkü zimmə əhli (qeyri-müsəlmanlar) kimi cizyə (vergi) verəcək. Və həmin şəxslərin belinə qayış bağlayacaq və onları şəhərlərdən ətrafa və kəndlərə köçürəcəkdir."Əllamə Kuleyni,"əl Kafi", c.8, səh.227, hədis 288

İmam Sadiq (ə): "Bizim Qaimimiz qiyam edəndə Allah şiələrimizin qulaq və gözlərini elə iti edəcək ki, onlarla Qaim arasında qasid olmayacaq. Durduğu yerdən şiələrlə danışacaq və onlar onun sözlərini eşidəcək, onu görəcəklər."Əllamə Kuleyni, "əl Kafi", c.8, səh.241, hədis 329

Şeyx Səduq Mehdi haqqında yazır :

Allahın Peyğəmbəri (s): "Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar."Şeyx Səduq, "Kəmalud-din", c.1, səh.288, hədis 7

İmam Sadiq (ə) qeybə çəkilmənin səbəbi barəsindəki sualın cavabında buyurmuşdur: "Sizə faş etmək icazəmiz olmayan səbəbə görə." Abdullah ibn Fuzeyl nəql edir ki, dedim: "Bəs onda qeybə çəkilməyin fayda və hikməti nədir? Buyurdu: "Onun qeybə çəkilməsinin hikməti ondan qabaqkı ilahi höccətlərin qeybə çəkilmələrinin hikmətidir. Onun hikməti ancaq onun zühurundan sonra məlum olacaq…Qeybə çəkilmək Allahdan (Onun işlərindən) olan bir iş, Allahın sirlərindən biri və Allahın qeyblərindəndir. Allahın hikmət sahibi olmasını bildikdən sonra Onun bütün işlərinin hikmət əsasında olmasını anlayırıq, hətta onların hikmətlərinin sirləri bizə məlum olmasa belə!"Şeyx Səduq, "Kəmalud-Din", səh.482, hədis 11

Şeyx Müfid Mehdi haqqında yazır :

İmam Həsən əl-Əskəri (ə) özündən sonra öz övladını canişin qoydu. O, hələ də diridir və İlahi dövlətin qurulmasının intizarındadır. (İlahi Onun fərəcini tezləşdir və bizi də Onun köməkçilərindən qərar ver!) İmam Həsən əl-Əskəri (ə) övladının səadətli mövludunu gizlədirdi və heç kəsi onun zühurundan xəbərdar olmasını qoymurdu. Çünki vəziyyət çox çətin idi. Belə ki, xəlifə ciddi cəhdlə onu axtarır və hər hansı vasitə ilə olur olsun onu tapmağa çalışırdı. Həmin vaxtlarda şiələrin Əbu Məhəmmədin (ə) (İmam Həsən əl-Əskərinin (ə)) oğlunun intizarında olması geniş yayıldı. Buna görə də İmam Həsən əl-Əskəri (ə) öz övladını camaatın gözü qarşısına gətirmirdi və o, dünyadan gedəndən sonra yaxınlarından başqa heç kəsin İmam Mehdi (ə.f) haqqında məlumatı yox idi.

İmam Həsən əl-Əskəri (ə) dünyadan gedəndən sonra onun zahirdə varisi olmadığına nəzər saldıqda, qardaşı Cəfər ibn Əli (əl-Kəzzab) onun tərəkəsini (qoyub getdiyi malı, irsi) zəbt etdiyini, Həzrətin (ə) kənizlərini həbs, zövcələrini də əsir etdiyini görürük. O, İmam Həsən Əskərinin (ə) belə bir övladının olmasına inananlara, onun zühurunun intizarında olanlara və onun zəmanəsinin imamı olmasına etiqad edənlərə qarşı nalayiq sözlər deyirdi. Onları azdırmağa çalışır və qorxudaraq aralarında pərakəndəlik salmaq istəyirdi. O Həzrətin (ə) qohumları həbs, əsirlik, təhdid, həqarət ə zillət səbəbinə çox zərər gördülər. Amma bununla belə, xəlifə öz məqsədinə çata bilmədi və İmamın (ə) o əziz övladına toxuna bilmədilər.

Cəfər əl-Kəzzab İmamın (ə) irsini ələ keçirərək çalışırdı ki, şiələrin qarşısında İmamın (ə) mövqeyini ələ keçirsin. Lakin heç kəs onun iddiasına diqqət etmir və onun imamətini qəbul etmirdi. Sonda xəlifənin yanına gedib ondan istədi ki, onu qardaşının yerinə təyin etsin. Bu məqama yetişmək üçün xeyli pul xərclədi və bu hədəfə yetişmək üçün bütün mümkün vasitələrdən istifadə etdi. Lakin nəticəsi olmadı və heç bir şey əldə edə bilmədi.Şeyx Müfid, "əl İrşad fi Mərifəti Hucəcillah ala əl İbad", c. 2, səh. 336; Dar əl-Mufid, Beyrut, 1414/1993; təhqiq: Alul-beyt müəssisəsi

Əllamə Məclisi Mehdi haqqında yazır :

İmam Baqir (ə) "Haqsız yerə öldürülən məzlum şəxsin sahibinə bir ixtiyar verdik. (Şəriətin bu hökmləri ilə) artıq ona kömək olunmuşdur" (İsra, ayə 33) ayəsinin təfsirində buyurmuşdur: "Allah (İslam Peyğəmbərini) Əhməd, Məhəmməd və Mahmud, İsanı Məsih adlandırdığı kimi, Mehdini Mənsur (kömək olunmuş) adlandırmışdır."Əllamə Məclisi, "Biharul Ənvar", c.51, səh. 30, hədis 8