Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı–Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı–Künnət və Daşaltı–Xəzəbür.B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il

Daşaltı kənd əvvələr ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olmuşdur. Kənd XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın Zəngəzur qəzasının Düzəburd kəndindən gəlmiş azərbaycanlı və erməni ailələri Şuşa qalasının cənub divarlarının ətəyindəki dərədə, Daşaltı ("qayaaltı" mənasında) adlanan yerdə məskunlaşdırması nəticəsində yaranmışdı. Kənd yerləşdiyi ərazinin adını daşıyır.

Daşaltı Şuşa qalasının cənub divarının ətəyində dərənin adıdır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Zarıslıçayın (Qarqarçayın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.

Şəkillər

İstinadlar

Həmçinin bax

Daşaltı əməliyyatı Daşaltı əməliyyatı (2020) Daşaltı körpüsü Daşaltı məscidi

Xarici keçidlər

Kateqoriya:Şuşa rayonunun kəndləri