Bağışla tammetrajlı televiziya film-tamaşası rejissor Tariyel Vəliyev tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmdə Elçinin institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif obrazını yeni konteksdə təqdim edir. Əsas rolları Firəngiz Mütəllimova, Yaşar Nuri və Rəfael Dadaşov ifa edirlər.
Məzmun "Səni axtarıram" televiziya tamaşasının davamı olan bu hissədə Elçinin (Yaşar Nuri) institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif (Rəfael Dadaşov) obrazını yeni konteksdə təqdim edir. İnstituta qayıdan Elçin yenidən Gülnarla (Firəngiz Mütəllimova) qarşılaşır, söz-söhbətlər yenidən bir-birinə calanır.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Tariyel Vəliyev, Aslan Qəhrəmanov Rejissor: Tariyel Vəliyev Operator: Eldar Məmmədov Rəssam: Rəfael Əsədov Mahnıları ifa edir:Flora Kərimova, Mirzə Babayev
Rollarda Firəngiz Mütəllimova — Gülnar Yaşar Nuriyev — Elçin Rəfael Dadaşov — Vasif Saleh Babayev — Şakir Gülnar Qasımova — Gülnar
İstinadlar
Həmçinin bax Səni axtarıram (film, 1981) Səndən xəbərsiz (film, 1985)
Xarici keçidlər İzlə
Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması