Tat dili (özünüadlandırma: zuhun tati, zuban tati, parsi, farsi),в книге "Языки народов СССР" (т. 1), в разделе татский язык есть даже фраза "farsi äz tu xubtä müdünüm" — "лучше тебя знаю фарси" (имея в виду татский Апшерона) həmçinin Qafqaz farscası, tat farscasıGernot Windfuhr, "Persian Grammar: history and state of its study", Walter de Gruyter, 1979. pg 4:""Tat- Persian spoken in the East Caucasus"" və ya Qafqaz tat dili — cənub-qərbi İran dili.Gruenberg, Alexander. (1966). Tatskij jazyk [The Tat language]. In Vinogradov, V. V. (ed.), Jazyki narodov SSSR. Volume 1: Indoevropejskie jazyki, 281–301 — Bu, müsəlman tatların, dağ yəhudilərinin və erməni tatların dialekt qruplarını ifadə etmək üçün qəbul edilmiş addır. Bir çox tədqiqatçılar bu dialektləri müstəqil dillər hesab etmişdilər. Dağıstanda tat dili rəsmi dillərdən biri statusuna malikdir. Bunun əksinə olaraq, müsəlman tat dili yoxolma təhlükəsi altındadır və Azərbaycanda Azərbaycan dili ilə əvəz olunur. UNESCO tərəfindən nəşr olunan "Təhlükədə olan Dünya Dillərinin Atlası"nın meyarlarına görə, bu dil "ciddi yoxolma təhlükəsi olan dil" kimi təsnif edilmişdir..
Ümumi xarakteristikası Tatca nəsli kəsilməkdə olan dildir. İran dillərinin qərb yarımqrupuna daxil olan tat dili Azərbaycanda və Rusiyada (Cənubi Dağıstan) yayılmışdır. 2002-ci il siyahıyaalınmasına əsasən, Rusiyada bu dildə danışanların sayı təxminən 3 min nəfər təşkil etmişdir. Azərbaycanda tat dilində danışanların dəqiq sayı məlum deyil. Azərbaycanda bu dil Abşeron, Quba, Şabran, Xızı, Siyəzən, İsmayıllı və Şamaxı rayonlarında, Rusiyada isə Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində yayılmışdır.
Tat dilinin geniş yayılması birbaşa miqrasiya prosesləri ilə bağlı olmuşdur. Bundan əlavə, Azərbaycandakı tatların əksəriyyəti Abşeron zonasında, həmçinin Xızı, Şabran və Quba rayonlarında yaşamışdır. Tat xalqı Azərbaycanın şimal-şərqində dağınıq şəkildə məskunlaşmışdır. Mənşəyinə görə tatlar hələ Sasanilər dövründə Azərbaycanın Xəzəryanı sahil bölgələrinə köç etmiş irandilli əhalinin birbaşa törəmələridir. Azərbaycandakı tatların böyük bir hissəsi Abşeron zonasında, habelə Xızı, Şabran, Quba və bəzi digər rayonlarda ömür sürmüşdür. Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov öz əsəri "Gülüstani-İrəm"də yazmışdır ki, "Şamaxıdan Qubaya qədər bütün şəhərlərdə (Hovz, Lahıc, Qoşunlu, Barmaq, Şeşpərə) Quba uyezdinin Buduq vilayəti və Bakı uyezdində yerləşən 6 tərəkəmə kəndi istisna olmaqla bütün bu regionda yaşayan əhali tat dilində danışır və bu, onların farsmənşəli olmasının sübutudur".
Dilin adlandırılma variantları arasında "zuhun tati", "parsi", "farsi" və ya yerləşdiyi əraziyə görə formalaşan adlar (məsələn, Lahıc kəndinin adından götürülmüş "lahıci") mövcuddur. Tədqiqatlar göstərmişdir ki, "tat" sözü etnik mənşəyə malik deyildir. Bu, türklərin Azərbaycanın oturaq irandilli əhalisini ifadə etmək üçün istifadə etdikləri bir termindir. Tat əhalisinin bəzi qruplarının özlərinə verdikləri adlar da bunu sübut etmişdir. Məsələn, Abşeron yarımadasında yerləşən Balaxanı və Suraxanı qəsəbələrinin sakinləri özlərini "pars", İsmayıllı rayonunun Lahıc qəsəbəsinin sakinləri isə "lohuc" (lahıci) adlandırmışdılar. XIX əsrdə maldarlar Cənubi Azərbaycandan gələn mövsümi işçiləri, etnik cəhətdən türk olmalarına baxmayaraq, "tat" adlandırmışdılar.
thumb|300px|Tat dilinin yayılması (sarı).
Mənşəyi Tatlar Qafqazda yaşayan yerli irandilli xalqdır.H. Pilkington,"Islam in Post-Soviet Russia", Psychology Press, Nov 27, 2002. p. 27: "Among other indigenous peoples of Iranian origin were the Tats, the Talishes and the Kurds"T. M. Masti︠u︡gina, Lev Perepelkin, Vitaliĭ Vi͡a︡cheslavovich Naumkin, "An Ethnic History of Russia: Pre-Revolutionary Times to the Present", Greenwood Publishing Group, 1996 . p. 80:""The Iranian Peoples (Ossetians, Tajiks, Tats, Mountain Judaists)" Onların mənşəyi təxminən b.e. V əsrində İrandan gələn Sasanilər dövrünə aid miqrantlara gedib çıxır.История Ширвана и Дербенда X–XI веков . М. Издательство восточной литературы. 1963 Библиотека Vostlit.info.
Tarixi cəhətdən tat dili Cənubi Qafqaza köçmüş şəxslərin danışdığı orta fars dilinin şivələrinə əsaslanmışdır. Alimlərin bir qismi düşünür ki, Abşeron tatlarının dili gilan və mazandaran dilləri ilə Mərkəzi İran dialektləri arasında qərarlaşmışdır. Tat dilinin gilan, mazandaran, talış dilləri ilə yaxınlığı mövcuddur. Aleksandr Qrünberq hesab etmişdir ki, tat dilinin tacik dilinə də genetik bağlılığı var. Sonrakı dövrlərdə tat dili şimal-qərb iranmənşəli azəri və daha sonra türkmənşəli Azərbaycan dilinin güclü təsirinə məruz qalmışdır. Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi qarşılıqlı əlaqədədir.
Tatlar və azərbaycanlıların birgə yanaşı yaşaması hər iki mədəniyyətin bir çox ünsürlərini birləşdirmişdir. Azərbaycan dili tat dilini böyük ölçüdə sıxışdırmış, bu isə tatların etnik şüurunda da eyni prosesin baş verməsinə təkan vermişdir. Tatlar və azərbaycanlılar əsrlər boyu birgə yaşamaq nəticəsində həm təsərrüfat, həm mədəni, həm məişət həyatında bir çox ortaq cəhətlər qazanmışdılar. Burada XIX əsrdən etibarən tatlar üçün faktiki olaraq ikinci ana dilinə çevrilmiş Azərbaycan dili mühüm rol oynamışdır. Bununla belə, Azərbaycan dilinin geniş istifadəsi kənd yerlərində ümumi ünsiyyət vasitəsi olan tat dilinin mövqelərini müəyyən dərəcədə məhdudlaşdırmışdır. Tatların etnik şüurunda əhəmiyyətli dəyişikliklər baş vermişdir. Onların bir çoxu özünü azərbaycanlı hesab etmiş və tat dilini böyük ölçüdə itirmişdir.
Bəzi alimlər tat dilini fars dilinin bir dialekti (ləhcəyi-tati) hesab etmişdilər."Borhan-e qate’", т. I, Tehran, 1951, с. 41. Müasir fars dilindən o, rotasizm hadisəsinin mövcudluğu (müəyyən mövqelərdə fars dilindəki "d" səsinə qarşılıq olaraq "r" səsinin işlənməsi), izafətin adətən olmaması, bir sıra qədim orta farsca arxaizmlərinin qorunub saxlanması və sözün əvvəlindəki iranmənşəli "v-" səsinin saxlanması ilə fərqlənmişdir. Qrammatikada prepozitiv keyfiyyət təyin edici konstruksiyası, əvəzlik enklitikalarının olmaması, mənşəcə analitik olan bir sıra törəmə şəxs və təsriflənməyən feyl formalarının mövcudluğu diqqəti cəlb etmişdir. Dil Azərbaycan dilinin struktur və leksik təsirinə məruz qalmışdır. Tat dili öz leksikasına görə də fonetik dəyişikliklər nəzərə alınmaqla fars dilinə olduqca yaxındır. İran dillərinə məlum olan iki növ təyini konstruksiya tipindən tat dilində təyinin prepozisiyası (əvvəldə gəlməsi) ilə xarakterizə olunan tip daha geniş yayılmışdır. Bu, struktur baxımından talış dilindəki analoji konstruksiya ilə üst-üstə düşmüşdür.Соколова В. С. Очерки по фонетике иранских языков. Ч. 1. — М.-Л., 1953
Cənubi Qafqazın Xaqani kimi orta əsrlər müəllifləri tərəfindən yaradılmış farsdilli ədəbiyyatının öyrənilməsi bu əsərlərdə tat dilinə xas olan bir sıra xüsusiyyətlərin mövcudluğunu üzə çıxarmışdır.Хагани. Диван Bu, indiki tat dilinin prototipinin XI–XII əsrlərdə Cənubi Qafqazda formalaşmağa başladığını göstərmişdir.
Alınma sözlərin əhəmiyyətli bir hissəsini türkizmlər və ərəbizmlər təşkil etmişdir. Rus dilindən keçən alınmalar bolşevik inqilabından sonrakı dövrdə böyük miqdarda dilə daxil olmuşdur. Dağlı xalqlarının dillərindən keçən alınmalar müəyyən edilməmişdir.
Bu dil hələ də kifayət qədər öyrənilməmişdir. Dil əsasən Millerin XX əsrin əvvəlləri və ortalarında apardığı qeydlər vasitəsilə məlum olmuşdur.Таты, их расселение и говоры (Материалы и вопросы) Проф. Б. Миллер. Издание Общества Обследования и Изучения Азербайджана. Баку 1929. Напечатано в типографии Азгиз’а. Б. Морская, уг. Краснопресненской, 16. Главлит 3402. Тираж 1000. Заказ 548. Редакционная коллегия: проф. О. А. Байрашевский, проф. Г. С. Губайдуллин, А. Р. Зифельдт-Симумяги, Г. Г. Султанов. Ответственные редакторы: Гамид Султанов и А. Р. Зифельдт-Симумягисм. тут
Müasir dövrdə
XX əsr Vladimir Minorskinin bildirdiyinə görə, 1901-ci il "Böyük Rusiya Ensiklopediyası" 1901-ci ildə tat dilində danışanların sayını 135 min nəfər olaraq göstərmişdir. 1930-cu illərdə Vladimir Minorski tat dilində danışanların sayını 90 min nəfər həcmində qiymətləndirmiş və bu azalmanın tədrici türkləşmənin nəticəsi olduğunu qeyd etmişdir. Maştağa XIX əsrin sonunda köçən türklər sayəsində digər tat kəndləri ilə müqayisədə çox tez türkləşmişdi. Bununla belə bu dövrdə tat dilinin danışıq dili olaraq qaldığı ərazilər çox idi. Məsələn, Suraxanıda qadınlar türk (Azərbaycan) dilində zəif bilirdilər, Bakının digər kəndlərində isə tat uşaqlar məktəbə gedərkən türkcə danışmağı öyrənirdi. Bakının Mərdəkan kəndi artıq sovet hökumətinin qurulduğu ərəfələrdə türkləşmişdi. Bununla belə, Mərdəkandakı yaşlı insanlar tat dilini başa düşürdü. Digər türkləşən Bakı kəndi Pirşağıda sovet hökuməti qurulmamışdan 5 il əvvələ qədər tat dili istifadə edilirdi. Bilgəh və Nardaran kəndlərində isə 1920-ci illərdə tat dilində danışan bir neçə ailə qalmışdı. Tat dili ən çox Suraxanıda isifadə olunurdu. Suraxanı sakinləri adətən öz aralarında tat dilində danışır, cənazə mərasimləri isə tat və türk dilində keçirilirdi. Xızının 1920-ci illərdə əhalisinin böyük əksəriyyəti tat, az bir qismi isə türk idi. Xızı İcraiyyə Komitəsinin 1926-cı il rəsmi məlumatlarına görə regionun 36 kəndində 13064 tat, 5910 türk əhalinin yaşadığı qeyd olunmuşdur. Xızıda o dövrdə araşdırma aparan linqvist Miller rəsmi məlumatdakı etnik tərkibə şübhə ilə yanaşmışdır. Region sakinlərinin ona verdiyi məlumata görə Xızının ümumilikdə 65 kəndi mövcuddur və bunların, demək olar ki, hamısı tat dilində danışır. Mərkəz Xızıda olan əhalinin sayı isə 4000-ə çatırdı. Bakının özündə 2000-ə qədər xızılının bu rəsmi siyahıya əlavə edilməsi nəticəsində ümumilikdə Xızı tatlarının sayının 15000 nəfər olduğu müəyyən edilmişdir.
Sovet dövlətinin 1920–1930-cu illərdə yəhudi və müsəlman tatları vahid etnik kimlik altında birləşdirmək cəhdləri müsəlman tatlar arasında geniş dəstək qazanmamışdı. Dövrün aparıcı müsəlman tat mənşəli ziyalıları əsərlərini əsasən Azərbaycan (türk) dilində yazmağa üstünlük verirdilər. Tat əlifbasının yaradıcılarından olan Yakov Aqarunovun xatirələrinə görə, dramaturq Cəfər Cabbarlı tatca şeirlər yazmışdır, lakin tat əlifbasının yaradılması cəhdlərini perspektivsiz hesab etmişdir. Sovet dövründə Azərbaycan Elmlər Akademiyasının yaratdığı xüsusi komissiya tərəfindən böyük həcmdə material toplanmış və 10 000 sözdən ibarət tat ləhcələrinin lüğəti hazırlanmışdı, lakin bu lüğət işıq üzü görməmişdir. Dövrün digər yaradıcısı Mikayıl Müşfiq də əsərlərini türk dilində qələmə almış, lakin şeirlərində tat dilinə məxsus leksik vahidlərdən (məsələn: tana — sırğa, hənd — koma, xırsız — evsiz-eşiksiz, halə — bəylik örtüyü) geniş istifadə etmişdir.
1989-cu il SSRİ siyahıyaalınmasına əsasən, Sovet İttifaqında 30 min tat yaşamışdır. Onların da 10 mini Azərbaycanın payına düşmüşdür. Bu göstəriciyə daxil olan şəxslərin hamısının tat dilində danışması ehtimal olunmadığı kimi, bura siyahıyaalınmanın əhatə edə bilmədiyi daha ucqar kənd yerləri də daxil edilməmişdir.
Şamaxı və ətraf rayonların tatdilli əhalisi arasında dilin müxtəlif dialektləri mövcuddur. XX əsrin əvvəllərində regionun Lahıcdan sonra ən böyük yaşayış məntəqəsi olan Mədrəsə kəndinin dialekti lahıclıların danışığından əhəmiyyətli dərəcədə fərqlənirdi. Lahıclılar bu dialekti "fars dili" adlandırır və anlamaqda çətinlik çəkirdilər. Bununla yanaşı, lahıclıların Abşeron ləhcələrini (məsələn, Balaxanı dialektini) rahatlıqla başa düşməsinə baxmayaraq, Quba və Xızı ləhcələrini qismən çətin anladıqları müşahidə olunur. Lahıclılar arasında mövcud olan ümumi rəyə görə, digər bütün tat qrupları (Abşeron, Quba, Xızı tatları və dağ yəhudiləri) Lahıc dialektini sərbəst şəkildə başa düşürlər. Bu səbəbdən yerli əhali Lahıc dialektini tat dilinin ədəbi forması kimi qəbul edir.
XXI əsr