Bizim küçənin oğlanları tammetrajlı bədii filmi rejissor Tofiq İsmayılov tərəfindən 1973-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Əsas rolları Ənvər Həsənov, Sədaqət Dadaşova, Salam İsmayıl, Ömür Nağıyev, Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Məlik Dadaşov və Şahmar Ələkbərov ifa edirlər.

Məzmun Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 78-79

Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir.

Rollarda Ənvər Həsənov — Arif Sədaqət Dadaşova — Elmira Salam İsmayıl (Salam İsmayılov kimi) — Tofiq Ömür Nağıyev — Rasim Nəsibə Zeynalova — Səriyyə xala Əliağa Ağayev — Mehdi Ağasadıq Gəraybəyli — Rüstəm kişi Məlik Dadaşov — Əbdül Şahmar Ələkbərov — İbrahim Tariyel Qasımov — Əliş Zemfira İsmayılova — Gülyaz Leyla Bədirbəyli — Leyla Sofa Bəsirzadə — Sona Ramiz Əzizbəyli - Məhəllə sakini Filmi səsləndirənlər: Rasim Balayev — İbrahim (Şahmar Ələkbərov)(titrlərdə yoxdur) Səməndər Rzayev - Əbdül (Məlik Dadaşov ) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli - Tofiq (Salam İsmayıl ) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 90; 167. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218-219.

Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Kateqoriya:1973-cü ilin filmləri Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri