"Sonuncu qarış" () — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi.
Məzmun Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır. Devi sonuncu qarışa qədər bütün işləri doğru-düzgün başa çatdırır. Və ata-oğul sağ-salamat aerodroma enirlər.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Ceyms Oldric Ssenari müəllifi: Leonid Belokurov Quruluşçu rejissorlar: Teodor Vulfoviç, Nikita Kurixin Operator: Samuil Rubaşkin Rəssam: Aleksey Rudyakov Bəstəkar: Moisey Vaynberq
Rollarda Slava Muratov — Devi Nikolay Kryukov — Ben Esli Mixail Qluzski — Cifford Əliağa Ağayev — kafe sahibi Müxlis Cənizadə — mexanik Aleksey Rozanov — həkim İvan Dmitriyev — kafe müştərisi
Kateqoriya:SSRİ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Teodor Vulfoviçin filmləri Kateqoriya:Nikita Kurixinin filmləri Kateqoriya:1958-ci ilin SSRİ filmləri Kateqoriya:"Lenfilm"in filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:1959-cu ilin filmləri Kateqoriya:Aviasiya haqqında filmlər Kateqoriya:Azərbaycanda çəkilən filmlər Kateqoriya:SSRİ-nin uşaq filmləri