Eldar Xəlil oğlu Xəlilov () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur.
1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki–peşə məktəbini bitirmişdir.
Subay idi.
Hərbi xidməti 29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır.
Mart hadisələri 1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir.
Təltifləri
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İrsi Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 132.
İstinadlar
Xarici keçidlər Xəlilov Eldar Eldar Xəlilov
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Zəngibasar mahalında doğulanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar