Qapı venası ya qaraciyərin qapı venası — qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — , aşağı çöz (müsariqə) venası — və dalaq venası — . Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — ilə bərabər qaraciyərə daxil olur; əvvəlcə qaraciyər qapısında iki (sağ və sol) şaxəyə — bölünür. Sağ şaxəsi qaraciyərin sağ payına və sol şaxəsi kvadrat və quyruqlu paya şaxəciklər verdikdən sonra sol paya daxil olur. Qaraciyər-onikibarmaq bağırsaq bağını keçərkən qaraciyər arteriyası ilə ümumi öd axacağı arasında və onların dalında yerləşir, belə ki sağdan sola doğru əvvəlcə ümumi öd axacağına, ondan bir az sola və dala qapı venasına və ən solda qaraciyər arteriyasına rast gəlinir. Qapı venasının sağ və sol şaxələri qaraciyər parenximasına daxil olaraq, onda paycıqarası venalar — adlanan şaxələrə bölünürlər. bunlar paycıqların arası ilə gedərək onlara daxil olurlar və kapillyar toruna keçirlər. Bu kapillyar torda qapı venası və qaraciyər arteriyası ilə gələn qan qarışır.

Paycıqların mərkəzində kapillyarlar toplaşaraq mərkəzi venaları — təşkil edirlər, bunlar da bir yerdə toplaşaraq 3–4 qaraciyər venasını — əmələ gətirirlər. beləliklə qapı venası vasitəsilə qarın boşluğunun tək üzvlərindən (mədədən, dalaqdan, Mədəaltı vəzidən, bağırsaqlardan və ödlükdən) gələn venoz qan qaraciyərdə kapillyar sisteminə keçdikdən sonra (şəkərin artığı qlikogen halında qaraciyər hüceyrələrində qaldıqdan sonra) qaraciyər venalarına toplanır və onların vasitəsilə aşağı boş venaya axır.

İstinadlar

Mənbə Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

Xarici keçidlər

Həmçinin bax Yuxarı boş vena Aşağı boş vena Ağciyər venaları Göbək venası Ümumi qalça venası

Kateqoriya:Venalar Kateqoriya:Aşağı boş vena sistemi Kateqoriya:Damarlar