Əliyaqublu (əvvəlki adı: Üçüncü Beynəlmilər) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Əliyaqublu kənd inzibati ərazi dairəsində kənd. 11 fevral 1997-ci il tarixli 248-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəmkir rayonunun Çaparlı kənd inzibati ərazi vahidinin tərkibindəki Üçüncü Beynəlmiləl kəndi Əliyaqublu kəndi adlandırılmışdır. 20 oktyabr 2009-cu il tarixli 892-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəmkir rayonunun Əliyaqublu kəndi Çaparlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əliyaqublu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şəmkir rayonunun kəndləri