Ayna qısametrajlı bədii televiziya filmi rejissor Azər Zamanlı tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film sadə həyat yaşayan fotoqrafın bir günü haqqındadır. Əsas rolu Arif Qasımov ifa edir.
Məzmun Film sadə həyat yaşayan fotoqrafın (Arif Qasımov) bir günü haqqındadır. Filmin sonuna qədər adama elə gəlir ki, bu adam bədbəxtdir. Amma filmin sonunda belə bir kəlam xatırlanır. İnsan sənətini sevirsə o onun xoşbəxtliyidir.
Film üzərində işləyənlər Ssenari müəllifi: Azər Zamanlı Rejissor: Azər Zamanlı Operator: Mətləb Yaqubov Rəssam: Azər Zamanlı
Rollarda Arif Qasımov — fotoqraf Vahid Əliyev — küçədəki kişi Almaz Amanova — kələğayılı qadın Mikayıl Əjdəroğlu — papaqlı
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2000-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:2000-ci ilin Azərbaycan filmləri