Ənvər Fərəcov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır. 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.

Döyüşlərdə iştirakı 18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 14 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə Todam milis bölməsinin daha 3 əməkdaşı — mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu ilə bərabər qəhrəmancasına şəhid oldu. Goranboy rayonunun Sarov kəndində dəfn edilib, şəhərdə büstü qoyulub.

Ailəsi Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Xatirəsi Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür.

Goranboy rayonunda dəfn edilmişdir.

İrsi Goranboy rayonunda büstü qoyulmuşdur.

Haqqında Zamin Məmmədov "Vətənə dönənim" adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunmuşdur.Mirməmməd, G. Vətənin dadına yetən igid oğullar: Milli Qəhrəman Ənvər Fərəcov haqqında sənədli filmin təqdimatı: [Nizami Kino Mərkəzində Zamin Məmmədovun "Milli Qəhrəmanlar" silsiləsindən lentə aldığı "Vətənə dönənim" adlı filmin nümayişi haqqında] //Mədəniyyət.- 2016.- 20 yanvar.- S.3.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 101.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Goranboy rayonunda doğulanlar Kateqoriya:Goranboy rayonunda vəfat edənlər Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Goranboy rayonunda dəfn olunanlar