İbrahim Tatlısəs (; ) — ərəb və kürd əsilli Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamı.
Həyatı O, 1952-ci ildə Urfada, özünün mağara adlandırdığı yerdə, ciyərçi Əhməd Tatlı və həyat yoldaşı Leylanın yeddi uşağının ən böyüyü olaraq dünyaya gəlib. İbrahim Tatlısəs anadan olanda atası həbsxanada idi. O, heç vaxt məktəbə getməmişdi. Daha sonra niyə məktəbə gedə bilmədiyi soruşulduqda, o, "Urfada sanki Oksford var idi amma biz getmədik?" deyə cavab vermişdi.
İbrahim Tatlisəs Kanal D televiziyasında yayımlanan proqramda "Özünüzü nə olaraq ifadə edərsiniz sualına" "Atam ərəb, anam kürd, mən də türkəm" deyə cavab vermişdir. 2005-ci ildəki Ərbil konsertində də eyni sözləri təkrarlamışdır.
2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası almışdır. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Sənətçinin yanındakı assistenti Buket Çakıcı da yaralanıb.
İbrahim Tatlısəsin sənət karyerasından əlavə, qida, turizm, tikinti, rabitə (televiziya kanalı, radio stansiyası) və nəqliyyat da daxil olmaqla bir çox başqa sektorlara investisiyaları var.
Albomlar Bir Yol Goster Ayağında Kundura Sabuha Dom Dom Kurşunu Bir Mumdur Ben İnsan Değil Miyim Ah Ceylan Gelme İstemem Yaşamak Bu Değil Mutlu Ol Yeter Yagmur Yalan Veremli Kız Benim Hayatım Sevda Yüklü Kervanlar Sevdim de Sevilmedim Huzurum Kalmadı Mavi Mavi Gülüm Benim/Gülümse Biraz Allah Allah/Hülya (25 may 1987) Kara Zindan (22 iyul 1988) Fosforlu Cevriyem Kralın Konseri-Anılarım İnsanlar (1990) Söylim mi Dünü Ve Bugünü İle (1992) Vur Gitsin Beni-Yemin Ettim Ben Aşk İçin Ölürüm Imparatordan Uzun Havalar Ah Keşkem (1992) Mega Aşk (1993) Haydi Söyle (1994) İbrahim Tatlıses Klasikleri (1995) Ben De İsterem (1996) At Gitsin (1998) Selam Olsun (1999) Türkülerimiz (2000) Türkü Dinle Türkü Söyle (2000) Yetmez Mi (2001) Tek Tek (2003) Aramam (2004) Sizler İçin (2005) Bulamadım (2007) Neden(2008) Yağmurla Gelen Kadın (2009) Hani Gelecektin (2011) Mucize (2013)
İstinadlar
Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyə kürdləri Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türk arabesk ifaçıları Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:Türkiyənin televiziya aparıcıları Kateqoriya:Türkiyə iş adamları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları Kateqoriya:Türkiyənin əlil şəxsləri