Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin və Kosay tayfasının bir qolu məskunlaşması nəticəsində yaranmışdır.
Toponimikası Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Gədəbəy r-nunun Əliismayıllı i.ə.v.də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Mollacəfərlidir. Yaşayış məntəqəsinin XIX ərin sonlarında Kiçik Qaramurad kəndindən köçüb gəlmiş Molla Cəfər adlı şəxs tərəfindən salındığı haqqında məlumat verilir; Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi qazaxların qafarlı tayfasının bir qolu olan cəfərli elinin və Kosay tayfasının bir hissəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1133 nəfər əhali yaşayır. Əhalinin 562 nəfəri kişilərdən, 571 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Görkəmli şəxsləri İsə Almazov (1977–2014) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Arif Mustafayev (d.1938) — Azərbaycan etnoqrafı, tarix elmləri doktoru, professor. BDU Tarix fakültəsi nəzdində “Azərbaycanın Maddi-Mədəniyyət tarixi” ETL-in müdiri (1989-2001), 2001-ci ildən hal-hazıradək «Azərbaycanşünaslıq» ETM-in Arxeoloji və Etnoqrafik tədqiqatlar bölməsinin müdiri vəzifəsində çalışır.
Həmçinin bax Qazax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri