Mineral sular — İnsan orqaniziminə müalicəvi təsir edən, tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində faydalı bioloji aktiv elementləri olan və yaxud, ümumi minerallaşma dərəcəsi yüksək olan sulardır.

Ümumi məlumat İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Yer kürəsində olan suların ümumi miqdarı 1,8 mlrd km³-ə bərabərdir. Bunun 400 mln. km³-i yeraltı suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Zaqafqaziyada, Ukrayna, Krım və az miqdarda Orta Asiyadır. Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır və digər sahələrdə yerləşmişdir.

Mineral suların coğrafiyası Azərbaycan Respublikasında mineral su bulaqları tükənməzdir. Respublika ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bir qayda olaraq, bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılmışdır. Düzən rayonlarda təbii su bulaqlarına az rast gəlmək olar. Buna baxmayaraq buruq qazma yolu ilə mineral sular çıxarılır. Azərbaycan fiziki-coğrafi cəhətdən çox kəskin dəyişən relyef quruluşuna malikdir. Respublikanın 85,5 min km² ümumi düzənliklərdən ibarətdir. Təbii mineral su bulaqlarının 90%-dən çoxu, yəni 905-i dağlıq rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda yerləşmişdir. Ona görə də Azərbaycanın mineral sularının coğrafi yayılma rayonları aşağıdakı qaydadır.

Abşeron yarmadasının mineral suları Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 kilometr dənizin içərisinin doğru irəliləyən bu yarımadanın cahili başdan-başa gözəl çimərliklərlə əhatə olunmuşdur. Abşeron yarımadası iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı nisbətən qısa olur. Abşeron qumlu sahilləri və təkcə dənizi ilə şöhrət tapmamışdır. Burada çoxlu şəfa bulaqları qaynayır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicə əhəmiyyətinə malikdir. Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral suları Abşeronu daha da şöhrətləndirmişdir. Böyük Şor və Masazır mənbələrində qiymətli müalicə palçığı çıxır. Abşeron yarımadasında onlarca palçıq vulkanı püskürmüşdür. Təəssüf ki, bu vulkanlardan çıxan müalicə palçıqları balneoloqlar və kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmamışdır. Mərdəkan, Buzovna, Şüvəlan, Zağulba, Pirşağı, Türkan və Abşeronun digər guşələri indi zəhmətkeşlərin ən sevimli istirahət yerinə çevrilmişdir. Həmin yerlərdə onlarca sanatoriya, istirahət evləri tikilmişdir. Lakin bu son hədd deyildir.

Naxçıvan Muxtar Respublikasının mineral suları Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox ziyadə mineral su bulağı vardır. Buranın mineral suları öz müxtəlifliyi ilə hidrokimyəvi muzeyi xatırladır. Bu rayonun ən qiymətli mineral su yataqları: Darıdağ, Sirab, Nəhəcir, Badamlı, Qızılvəng, Cəhri, Qəmur, Qahab, Dəstə və başqalarıdır. Bu növ mineral su qrupu son dərəcə balneoloji içməli hidromineral ehtiyatdırlar.

Qarabağın mineral suları Qarabağın əlverişli meteoroloji durumu, çoxsaylı meyvə bağları, gözəl içməli su bulaqları və karbonturşulu sularının varlığı bu ərazinin kurort əhəmiyyatını qat-qat artırır. Kiçik Qafqaz dağlarında cənub-şərqində dəniz səviyyəsindən 600–1800 m yüksəkdə yerləşir. Bu rayonun özünəməxsus təbii və iqlim şəraiti vardır. Dağlıq Qarabağda şimaldan-cənuba doğru, yəni Xankəndindən Şuşaya kimi bu rayonun bütün ərazisində uzanan kurort zonası xüsusilə diqqəti cəlb edir. Məlum olan mineral su bulaqlarının əksəri: Turşsu, Şirlan, Çərəktar, Kolataq və s. bu zonanın qərb hissəsində yerləşir.

Laçın-Kəlbəcər rayonunun mineral suları Bu rayon Azərbaycan Respublikasının qərbində Kəlbəcər və Laçın rayonlarında yerləşir. Laçın – Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) və İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500–2800 m hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Yuxarı İstisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi mineral bulaqları göstərmək olar.

Gəncə-Qazax bölgəsinin mineral suları Hacıkənd Gəncə şəhərindən 17 km aralı 1000 m hündürlükdə yerləşir. Bu yerin iqlimi mülayim isti, rütubətlidir. Qışı nisbətən istidir. Hacıkənd yaxınlığında karbonturşulu bulaq və böyük sayda içməli su çeşmələri mövcuddur. Gədəbəy rayonu mineral sularla zəngindir. Bildiyimiz ki, tarixən Gədəbəydə məskunlaşmış almanlar və ruslar 19-cu əsrdə Gədəbəy rayonunun bulaqlarından içməli su kimi istifadə etmiş və həmin bulaq sularının faydaları haqqında çoxlu məqalələr yazmışlar. Son dövrlərdə Azərbaycan bazarına yeni daxil olmuş "Slavyanka-1" əmtəə nişanlı sular tərkibinə görə minerallarla zəngin və insan orqanizminə xeyirli olduğu üçün qısa zaman ərzində azərbaycanlıların sevimli içkisinə çevrilmişdir.

Şamaxı rayonunun mineral suları Ərazidə azot və kükürdlü oksigen xassəli termal və soyuq suların çıxıntısı müşahidə olunur. Bunların içində ən qiymətliləri Xaltan, Jimi və Həşim suları (Quba rayonu), Çuxuryurd sulları (Şamaxı rayonu), Bum və Xalxal sularıdır (Qəbələ rayonu). Şamaxı inzibati rayonunda debiti 505 min l/sutka olan 8 termal və mineral su yatağı (Çağan-1, Çağan-2, Avaxil, Əngixaran, Astraxanka, Qəleybuğurd, Çuxuryurd, Cabanı) qeydə alınmışdır.

Şəki və Zaqatala bölgələrinin mineral suları Mineral sular baxımından burada ən tanınanı Qax rayonunun İlisu bulaqlarıdır. Yerli əhali bu sulardan müalicə məqsədləri ilə qədimdən istifadə edilir. Bulaqlardan birinin Oğlan Bulağı, digərinin isə Qızbulağı adlarını daşınması həmin mülahizənin doğruluğunu bir daha təsdiqləyir.

Lənkəran rayonunun mineral suları Lənkəran bölgəsi mineral sularla xeyli zəngindir. Termal və soyuq suların temperaturu 130 J-dən 640 J qədərdir. Onlar azot və metan tərkiblidir.

Lənkəran bölgəsində 157 mineral su mənbəyi mövcuddur: Astara rayonunun İstisu kəndində, Lənkəran rayonunun İbadisu, Haftoni kəndlərində, habelə Masallı rayonunun Qəriblər kəndində və s.

Babazənən mineral suları Kür çayının dənizə töküldüyü yerə yaxın, Salyan rayonu ərazisində yerləşən bu rayonu mineral sərvətləri Babazənən dağlarında yerləşir. Burada hidrogen-sulfidli, metanlı, xloridli və kalsiumlu isti və soyuq mineral su bulaqları vardır. Uzun müddət davam edən yay fəsli, mülayim-isti iqlim şəraiti bu mineral sulardan ilin çox müddətində müvəfəqqiyyətlə istifadə etməyə imkan verir. Yerli əhali qədimdən bəri kükürdlü və metan-xlorid-kalsili soyuq və isti Babazənən mineral sularından istifadə edir.

Azərbaycanın aran zonasının mineral suları Respublikanın bu bölməsi müxtəlif xassəli təbii müalicə ehtiyatları ilə zəngindir. Bunlara müalicəvi neft, mineral sular və müalicəvi palçıq aiddir. Müalicəvi neft kimi tanınan naftalan Goranboy rayonunda yer üzünə çıxır. Onun yatağı Goran dəmir yolu stansiyasından 18 km cənubda dəniz səviyyəsindən 450 m hündürlükdə yerləşir. Öz xarici görkəminə görə o, sənaye neftinə bənzəyir. Lakin, benzin və ağ neftin mövcud xassələrinin yoxluğu, qiymətli sürtgü yağlarının bolluğu və nisbətən yüksək xüsusi çəki (0,930–0,960) naftalan neftinin digər neft növlərindən üstün olan cəhətləridir. Hal-hazırda naftalan nefti uğurla səhiyyənin demək olar ki, bütün sahələrində tətbiq olunur. Bu ərazidə yerləşən müalicəvi neft yatağı dünyada yeganədir.

Mineral suların tərkibi 250px|thumb|right|Kəlbəcərdə mineral "isti su" qaynağı. Suyun əsas tərkibini təşkil edən elementlər "ağırlığına görə" kimyəvi cəhətdən olduqca aktivdir. Mineral sular adi sulardan seçilir. Onların tərkiblərində həll olmuş qazlar, duzlar və mikroelementlər vardır. Tərkibində olan maddələrin miqdarı və növlərinə görə sular müxtəlif fiziki və kimyəvi xassələrə və keyfiyyətə malik olur.

Mineral suların fiziki xassələri Mineral suların fiziki xassələrinə onların temperaturu, rəngi, tamı, qoxusu və şəffaflığı daxildir.

Mineral suların temperaturu Yeraltı suların hər hansı bir növünün temperaturu, yer qabığının termik rejimini əks etdirir. Yer kürəsinin müxtəlif yerlərində suların temperaturu fərqlənir. Azərbaycanın mineral sularının temperaturu 4°-dən 65°-yə kimi dəyişir. Bu ancaq təbii su çıxarlarına aiddir. Lakin buruq qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 95 °C-yə çatarsa su çıxır. Respublikamızda yüksək temperaturlu mineral sular Qoturlu (64°), Donuzütən (64°, Masallı rayonu), İstisu (62°-yə Kəlbəcər rayonu) bəllidir. Temperatur xusisiyyətlərinə görə 35–36° temperatura malik olan sular daha qiymətlidir. Həmin temperatur insan bədənin temperaturuna uyğun gəlir. Belə suların müalicə əhəmiyyəti daha yüksəkdir. Belə sulara Xaltan (Dəvəçi rayonu), İlisu (Qax rayonu) (36°-42 °C) və başqaları aiddir. Beynəlxalq balneoloji təsnifat əsasında Yer kürəsində məlum olan mineral sular aşağıdakı qayda üzrə fərqlənir: Soyuq sular (20 °C-dən aşağı); Subtermal (ilıq) sular (20°-37 °C) ; Termal (isti sular (37°-42°); Hipotermal (çox isti) sular (42°-dən yuxarı).

Rəngi Təmiz sular adətən rəngsiz olur. Buna baxmayaraq mineral sular əksər hallarda rəngli olur. Suların rəngi, onların tərkibində həll olan maddələrdən asılıdır. Məsələn, tərkibində dəmir olan sular pas rəngində görünür. Mineral suda hidrogen-sulfit olduqda həmin mineral su bilavasitə mavi rəng alır.

Tamı Azərbaycan Respublikasının mineral suları öz tamlarına görə xüsusilə fərqlənir. Respublika ərazisində uzaq keçmişdə yaşayan adamlar yer altından çıxan içməyə yararlı suları "şirin" su adlandırmışlar. Əslində bu suların tamı şirin deyildir. Bizim mülahizəmizə görə, bu ancaq Azərbaycanda yeraltı və yerüstü suların öz tamına görə olduqca müxtəlifliyi ilə əlaqədardır. Belə ki, respublikamızda hər hansı tamlı sulara rast gəlmək olar. Müxtəlif tamlı suların çox yayılmasına görə təmiz sular "şirin"su adlandırılmışdır. Hətta bu su bulaqları da onların tamına görə adlandırılmışdır. Acıbulaq, Turşsu, Şorsu və s. Azərbaycanın mineral sularının ümumi miqdarının 300-ü turşsulu, 100-ə yaxını şorməzə-turş, 260-ı acımtıl-şor, 90-a kimisi şor, 42-si acı, 180-i təmiz və 31-i xlorlu və metal tamlı sulardandır. Sularda müxtəlif tamların olması onların kimyəvi tərkibi və həll olan duzların xarakterindən asılıdır.

Qoxusu Respublikanın mineral sularının çoxu qoxusuzdur. Sularda qoxunun olması onların tərkibində olan çürüntü–üzvi maddələrdir. Əksər hallarda suların çoxusu onlardakı bakteriyaların fəaliyyəti ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, qoxulu sulardan çoxu iylənmiş yumurta qoxusu verir. Azərbaycanın mineral sularında iylənmiş yumurta qoxusu ən zəif dərəcədən çox şiddətli dərəcəyə qədər olur. Bəzi sular torpaq, balıq, dərman və s. qoxular verir. Suların qoxusu onların keyfiyyətinin təyin edilməsində mühüm rol oynayır. Sularda qoxunu dəqiq təyin etmək üçün onları azca qızdırmaq lazımdır.

Mineral suların çöküntüləri Respublikanın mineral suları yer üzünə çıxdıqda müxtəlif formada çoxlu çöküntülər gətirir. Bu çöküntülər kristallik, dənəvər, stalaktitli, stalmitli və tozvari şəkillərdə olur. Mineral suların çöküntüləri araqonit, melantenit, travertin, oxra kimi formalarda mineral maddələr əmələ gətirir. Onların bəziləri miqdarca o qədər çoxdur ki, hətta sənaye əhəmiyyətinə malik olur. Məsələn, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Sirab kəndinin ərazisində əmələ gələn arqonitlər əla növ mərmər kimi istifadə olunur.

Mineral suların kimyəvi tərkibi və mənşəyi