Dolaşa () — qarğakimilər fəslinin ən kiçik nümayəndələrindən biri.

Başının və boynunun üstü boz, qalan lələkləri qısadır, bel və çiyni göy metal rənginə çalır. Ölçüsü 33 sm, kütləsi 220-270 q-dır. Səsi cingiltili, «kaa-kaa» kimi təkrarlanan eyni səsdən ibarətdir.

Dünyada Avropada, Asiyada və Şimali-Qərbi Afrikada yayılıb. Azərbaycanda aran və dağətəyi rayonların müxtəlif landşaftlarında, o sıradan Talışın dağüstü çöllərində yaşayır. Meşəsiz olan yerdən uzaq olurlar.

Çox vaxt zağca və boz qarğalarla birləşib, sürü əmələ gətirirlər. Gündüz quşudur. Qışda alaqaran-lıq havada bozqırlarla və əkin sahələrinə uçub bütün gün ərzində qidalanır, axşam hava qaralandan sonra gecələmə yerinə (meşəyə, bağa, qamışlığa) qayıdırlar. Belə qarışıq sürü çox səs-küylü olur.

Qış vaxtı bir yerdə olmurlar. Yem ilə əlaqədar qısa köçmələr edirlər. Cücülərlə, qurdlarla, dəniz sahillərində molyusklarla və digər onurğasızlarla, tarlalarda və çöllərdə toxumlarla, tərəvəzlərlə, yaşayış məskənlərində isə tullantılarla qidalanırlar.

İstinadlar

Kateqoriya:Dolaşa Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qarğa Kateqoriya:Sinantrop növlər Kateqoriya:Danışan quşlar Kateqoriya:1758-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:Ev heyvanları Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar