Algis İozasoviç Arlauskas (; ; ) — Sovet və İspaniya kinoaktyoru, ssenaristi və rejissoru. Keçmiş SSRİ məkanında daha çox Leonid Qaydayın "İdman lotosu-82" filmində ifa etdiyi Kostya obrazı ilə tanınır.

Həyatı

Algis İozasoviç Arlauskas 7 avqust 1957-ci ildə Moskvada anadan olmuşdur. Atası litvalı, anası isə ispan olmuşdur. 1978-ci ildə Boris Şşukin adına Teatr İnstitutunu, 1987-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (hazırda S.A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti) rejissorluq fakültəsini bitirmişdir.

1982-ci ildə Leonid Qaydayın "İdman lotosu-82" filmində Kostya Lukov obrazını ifa edən Algis bu rolla SSRİ məkanında tanınmışdır.

1991-ci ildə həyat yoldaşı aktrisa Marina Şimanskaya ilə Bilbaoya köçmüşdülər. Orada Algis bir neçə layihəyə rejissorluq etmişdir. 2008-ci ildən ruslarla yeni kino layihələrinə imza atmağa başlamışdır.

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı Rol1973 Heç vaxt girməyəcəyin meşə Kolya1973 Şimal donanmasının şagirdi Volodya Çeryomin1977 Olya üçün çiçəklər 1981 Qadınları qoruyun Sergey Varnovski1982 İdman lotosu-82 Konstantin Lukov1984 "Qreta" villasının sirri müxbir1983 Rüşvət. Jurnalist V. Svetkovun qeyd dəftərindən 1983 Sevgiyə görə sevgilərlə Klavdio1985 Zəif duman 1986 Böyük Pyotr Feodosi ata1986 Sizin yanınızda 1996 Sevgi çarxı Pyer2004 913 2004 Qoenkale Kopetas2007 Kosmos 2011-2013 Gəmi Aleksandr2015 Əbədi sevmək Petrov2016 Anna-detektiv knyaz Razumovski

Mənbə

Ánima Eskola, escuela de teatro y cine

İstinadlar

Xarici keçidlər

Арлаускас Альгис Иозасович

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:İspaniya aktyorları Kateqoriya:İspaniya rejissorları Kateqoriya:İspaniya ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Boris Şukin adına Teatr İnstitutunun məzunları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları