Mirabov Rəşad Akif oğlu () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Həyatı Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.

1995-ci il Mart hadisələri zamanı həlak olmuşdur.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Subay idi.

Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 208.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunanlar Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:Mingəçevir şəxsləri