ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurum.
Tarixi thumbnail|ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və əməkdaşlıq Müşavirəsinin (ATƏM, 1 yanvar 1995 — ci ildən-Avropada Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı və ya ATƏT) işinə qoşulublar. Bu hadisə qeyd olunan beynəlxalq təşkilatın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarışına cəlb edilməsinə imkan yaradıb.
Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixlində Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir.
1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini deyib.
18 fevral 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidin görüşündə bildirib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.
Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. Minsk prosesinin bağlanması haqqında qərar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv 57 ölkə tərəfindən yekdilliklə qəbul edilib.
Tərkibi Qrupun tərkibinə aşağıdakı ölkələr daxildir:ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31. yanvar 2009 Həmsədrlər ABŞ Fransa Rusiya Münaqişə tərəfləri Azərbaycan Ermənistan Digər üzvlər Almaniya Belarus İsveç İtaliya Niderland Portuqaliya Türkiyə Finlandiya
Əsas vəzifəsi Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.
Təklifləri 1997–1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib. Birinci təklif Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu. İkinci təklif 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu. Üçüncü təklif 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.
Nəticəsi İkinci Qarabağ müharibəsinə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir.
Həmçinin bax Kerri Kavano
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ATƏT-in Minsk Qrupu Kateqoriya:Azərbaycan–ATƏT əlaqələri Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Azərbaycan–Ermənistan sülh prosesi Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Ləğv olunmuş təşkilatlar