Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir.
Coğrafiyası Dərəli kəndi rayon mərkəzindən — Zəngilan şəhərindən 28 km şimal–qərbdə, Oxçu çayının (Arazın sol qolu) sağ sahilində, dağətəyi ərazidə, gözəl təbiəti olan yerdə yerləşir.
Tarixi Birinci Qarabağ müharibəsi vaxtı Zəngilan rayonunun əraziləri 1993-cü ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Zəngilan rayonunun Canbar kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində, kənd 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad etmişdir.
Əhalisi 2011-ci ildə Dərəli kəndində 100 nəfər qeydiyyatda idi.
İqtisadiyyatı Kəndin ərazisinin 1993-cü ilin oktyabr ayında işğala düşməyindən əvvəl, oranın əhalisi heyvandarlıqla məşğul olmuşdu. Kəndin ərazisində orta məktəb, kitabxana, klub var idi. Kənd işğal dövründə dağıntılara məruz qalmışdı.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Zəngilan rayonunun kəndləri