Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova () — Azərbaycanı təmsil edən qadın güləşçi.
Karyerası Patimat Bəhəmmədova 2008-ci ildə Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Patimat Bəhəmmədova qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Patimat Bəhəmmədova 2010-cu ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda isə Patimat Bəhəmmədova Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı. Qrup mərhələsinin sonuncu görüşündə isə Patimat Bəhəmmədova Quam nümayəndəsi Arianna Estaquo ilə üz-üzə gəldi və rəqibinə 2:0 (6:0, 7:0) hesabı ilə qalib gəldi. Bununla da Patimat Bəhəmmədova qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Yuan Yuan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Patimat Bəhəmmədova oldu — 2:0 (4:2, 1:1). Bununla da Patimat Bəhəmmədova Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Həmin ilin sentyabrında Patimat Bəhəmmədova Rusiyada Dünya Çempionatında mübarizə apardı və debüt Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2011-ci ildə İsveçdə Klippan Lady Openi bürünc medalla, Serbiyada isə gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vuran Patimat Bəhəmmədova 2011-ci ilin sentyabrında İstanbul şəhərində baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu. 2012-ci ildə Kiyev şəhərində Kiyev Turnirinin qalibi, Almaniyada isə Almaniya Qran-Prisinin bürünc medalına sahib olan Patimat Bəhəmmədova iyunda Xorvatiyada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin ilin sentyabrında Patimat Bəhəmmədova həm də Kanadada Dünya Çempionatını beşinci pillədə başa vurdu.
Patimat Bəhəmmədova 2013-cü ildə ərzində Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin və KYRM-da gənclər arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. Həmin il Patimat Bəhəmmədova həm də Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını bürünc medalla, Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarını isə gümüş medalla başa vurdu.
2014-2016-cı illərdə beynəlxalq turnirlərdə ciddi uğurlara imza ata bilməyən Patimat Bəhəmmədova 2016-cı ildə idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya12008Yeniyetmələrin Avropa Çempionatı Latviya2. Azərbaycan22010Gənclərin Avropa Çempionatı Bolqarıstan3.3Yeniyetmələrin Olimpiya Oyunları Sinqapur1.4Dünya Çempionatı Rusiya5.52011Klippan Lady Open İsveç3.6Gənclərin Avropa Çempionatı Serbiya2.7Gənclərin Dünya Çempionatı Macarıstan8.8Dünya Çempionatı Türkiyə3.92012Kiyev Turniri Ukrayna1.10Avropa Çempionatı Serbiya5.11Almaniya Qran-Prisi Almaniya3.12Gənclərin Avropa Çempionatı Xorvatiya2.13Gənclərin Dünya Çempionatı Tailand7.14Dünya Çempionatı Kanada5.152013D. Kolov - N. Petrov Turniri Bolqarıstan1.16A. Medvedv Turniri Belarus5.17Avropa Çempionatı Gürcüstan3.18Gənclərin Avropa Çempionatı KYRM1.19Universiada Oyunları Rusiya2.20Gənclərin Dünya Çempionatı Bolqarıstan5.212014Klippan Lady Open İsveç14.22Avropa Çempionatı Finlandiya5.23Qızıl Qran-Pri Azərbaycan5.242015U23 Avropa Çempionatı Polşa10.252016Qızıl Qran-Pri Azərbaycan8.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları